​İranla Ermənistan arasında razılaşma təsdiqləndi

İran İslami Şura Məclisi (parlament) İslam Respublikası ilə Ermənistan arasında sərhədyanı əməkdaşlığa dair razılaşmanı təsdiqləyib.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, bunu deputat Zəhra Saey bildirib.
Onun sözlərinə görə, razılaşma sərhədlərin qonşularla birgə idarə edilməsi planının bir hissəsi olub, Norduz sərhədyanı terminalına da daxildir: “Bu, İranın ticarət balansının dəstəklənməsinə yönəlib. Norduz Ermənistanla ümumi yeganə quru sərhədyanı terminaldır ”.
Deputat qeyd edib ki, rəsmi statistikaya əsasən İran təqvimi (martın 20-də başa çatan Hicri-şəms təqvimi nəzərdə tutulur) cari il (2017-ci ilin mart-iyul aylarında) bu ölkədən Ermənistana 107,35 milyon dollarlıq qeyri-neft məhsulu, bu müddət Ermənistandan isə İslam Respublikasına 443,512 min dollarlıq mal ixrac olunub.