İranın yeni raketi ABŞ-ı narahat etdi

Baxış sayı:
4441

İran, 2008-ci ildə mənzili 280 km olan qurudan dənizə ballistik raketinin mənzilini 700 km-ə yüksəldildiyini bildirib.
 
İran İnqilab Mühafizəçilərinin kosmos bölməsinin sədri Admiral Hacızadə, qurudan dənizə ballistik raket mənzilini 700 km-ə yüksəldərək 700 km məsafədəki hər hansı bir gəmini vura biləcək bir vəziyyətə gəldiklərini söyləyib.
Hacızadə, raketlərin yalnız müdafiə məqsədli olduğunu, ABŞ-ın İranın neft ixracını əngəlləməyə təşəbbüs etdiyi təqdirdə Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə yönəlik olduğunu qeyd edib.
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Hoop, Tehranın ballistik raket proqramının Yəmən, İraq və Suriyada gərginliyin artmasına yol açdığını deyib. Brayan Hoop, "İranın Yaxın Şərqdə raket proqramını inkişaf etdirməsindən çəkindirmək üçün daha çox şey etməsək regional münaqişə riskini artırmış olarıq" deyib.
Müxalifət.az