İranın XİN rəhbəri Trampı təhqir etdi

Baxış sayı:
2455

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, ABŞ prezidenti Donald Trampın "İran yaşam mübarizəsi aparır" şəklindəki açıqlamasına təpki  göstərib.
 
Zərif, Twitter hesabından verdiyi açıqlamada, "İranın Yaxın Şərqi ələ keçirir, ya da yaşam mübarizəsi verir” şəklində iki ayrı zidd qütbdə şeytanlaşdırılması, Trampın zehni pozğunluğunun və vicdanının süqutu ilə ortaya çıxan demaqoqluğun təzahürüdür" deyə, ABŞ prezidentinə cavab verib.
Zərif, ölkəsinin "daim sabit, güclü və məsuliyyətli bir regional aktor olmağa davam edəcəyini" bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, dünən Ağ Evdə verdiyi açıqlamada, İrana qarşı tətbiq etdiyi sanksiyalara görə, Tehran hakimiyyətinin çöküş ərəfəsində olduğunu qeyd edərək, "Hakimiyyətə gələndə, sual İranın nə zaman Yaxın Şərqə hakim olacağıydı, indi sual, həyatda qalıb, qalmayacaqlarıdır. Bu yarım ildə böyük fərq var" demişdi.
Müxalifət.az