​İranın xarici işlər naziri ABŞ-a SƏFƏR EDƏCƏK - Aprelin 19-da

Baxış sayı:
1345

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif aprelin 19-da ABŞ-a səfərə gedəcək.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, səfərdə onu müavinləri müşaiyət edəcək.
Bildirilib ki, M.Zərif Nyu-Yorkda BMT-nin təşkil etdiyi sülh toplantısına qatılacaq. Eyni zamanda ABŞ-ın Xarici Əlaqələr Şurasında məruz ilə çıxış edəcək. Bu şura 100 ilə yaxındır fəaliyyət göstərir. ABŞ-ın keçmiş dövlət katibləri, bankçıları, hüquq və mətbuat sahəsində tanınmış şəxsiyyətləri bu qurumun üzvləridir.
İran xarici işlər nazirinin ABŞ-a səfəri 6 gün sürəcək. Onun BMT-nin baş katibi Antoniu Quterrişlə görüşü planlaşdırılıb. Görüşlərdə İranla nüvə proqramına dair imzalanan razılaşma, Yəmən və Suriyadakı vəziyyət müzakirə ediləcək.