İranın Xarici İşlər naziri ABŞ-ın sanksiyaları haqda - BU, QORXUTMAQ CƏHDİDİR

Baxış sayı:
23062

ABŞ-ın Kuba, Rusiya, Suriya və İrana qarşı sanksiyaları günahsız insanları qorxutmaqla qanunsuz siyasi məqsədlərə nail olmaq cəhdidir.

Virtualaz.org xarici mətbuata istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "Twitter” səhifəsində yazıb.

Nazir qeyd edib ki, ABŞ-ın iqtisadi terroru bu ölkələrdəki mülki şəxslərə yönəlib.

"Vaşinqtonun metodları sırasına quldurluq, rüşvətxorluq və şantaj da daxildir", - deyə Zərif əlavə edib.