​İranın vilayət rəhbəri Azərbaycana gələcək

Baxış sayı:
5389

İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnəmcu sabah Azərbaycana səfərə gələcək.
Muxalifet.az teleqraf.com-a istinaden xəbər verir ki, Azərbaycan tərəfinin dəvətilə həyata keçiriləcək səfər çərçivəsində qonağın bəzi rəsmi şəxslərlə ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəyi gözlənir.
Həmçinin İran Dəmir Yollarının baş direktoru Səid Məhəmmədzadə də sentyabrın 26-da Bakıya gələcək. Qonaq "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla İran ərazisilə Bakı - Naxçıvan dəmir yolu bağlantısı layihəsinə və Rəşt - Astara dəmir yolu xəttinin tikintisinə dair müzakirələr aparacaq.