İranın “Təl-Əvivi yox edərik” hədəsinə İsraildən cavab gəldi

Baxış sayı:
1807

İsrailin baş naziri Binyamin Netanyahu İrandan gələn "ABŞ bizə hücum edərsə, biz də Təl-Əviv və Hayfa şəhərlərini yer üzündən silərik" açıqlamasına təpki verərək, "İran, Təl-Əviv və Hayfanı yox etməyi sınamaq kimi bir səhv edərsə, bu, onların bayram etdiyi inqilabın son ildönümü ola bilər" deyə qarşılıqlı olaraq İranı təhdid edib.
Qeyd edək ki, ABŞ prezidenti Trampın təhlükəsizlik məsləhətçisi Con Bolton da eyni ifadələri işlədərək İran inqilabının 40-cı ildönümünün bayram edilməsinin son ildönümü ola biləcəyini demişdi.
Müxalifət.az