İranın təklifi ölkədəki TÜRKLƏRİ QƏZƏBLƏNDİRDİ

Baxış sayı:
4021

İran, Rusiyaya Fars və Rus dilinin qarşılıqlı olaraq iki ölkədəki məktəblərdə "ikinci dil" kimi öyrədilməsi təklifi edib. İranlı Türklər, hökumətin məktəblərdə Türk dili əvəzinə Rus dilini öyrətmək təklifinə sosial media üzərindən təpki göstərib.
 
İranən rəsmi agentliyi “İRNA”-nın xəbərinə görə, Rusiyanın paytaxtı Moskvaya səfər edən İranın təhsil və tərbiyə naziri Məhəmməd Bethai, Dumanın Elm və Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonovla bir araya gəlib.
 
RUSCA TƏKLİFİ
 
Görüşdə, Nikonova Fars və Rus dilinin qarşılıqlı olaraq iki ölkədəki məktəblərdə ikinci dil kimi öyrədilməsini təklif edən Bethai, bu təklifi Rusiya təhsil naziri ilə də bölüşdüyünü deyib.
Bethai, "İran hökuməti, ikinci dil olaraq İngilis dilinin monopoliyasını qırmağı və digər dilləri, xüsusən də Rus dilini ölkədə genişləndirməyi hədəfləyir" deyib.
Dumanın Elm və Təhsil Komitəsinin sədri Nikonovun da ölkəsinin təklifə müsbət baxdığını qeyd edərək, bəzi Rus təhsil mərkəzlərində ikinci bir dil olaraq öyrədilən Çin dili ilə yanaşı, Fars dilində tədrisinin də planlaşdırdığını ifadə edib.
 
ÖLKƏDƏKİ TÜRKLƏR TƏPKİ GÖSTƏRDİ
 
İranın, Rusiyaya Fars və Rus dilinin qarşılıqlı olaraq iki ölkədəki məktəblərdə "ikinci dil" kimi öyrədilməsini təklif etməsi, uzun illərdir Türk dilinin ikinci dil kimi öyrədilməsini tələb edən İranlı Türklərin reaksiyasına səbəb olub.
İranın 80 milyonluq əhalisinin təxminən yarısını təşkil edən İranlı Türklər, hökumətin Türkcə yerinə, məktəblərdə Rus dilində öyrətmək təklifinə sosial media üzərindən təpki göstərib.
Müxalifət.az