İranın Suriyadakı “DƏRDİ” ANLAŞILDI

Baxış sayı:
5818

Suriyada Əsəd rejiminə illərdir yardımını kəsməyən İran, borclarını Suriyadan neft və qaz olaraq geri qaytarmağı planlaşdırır.
 
Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsi, qanlı bir şəkildə davam edir.
Terror təşkilatlarının mərkəzi halına gələn ölkədə milyonlarla insan Əsəd rejimi və terrorçular tərəfindən qətlə yetirilib. Bu prosesdə xalqının üzərinə bomba yağdıran Əsəd rejiminə ən çox dəstək İrandan gəlib.
 
7 İLDƏ 36 MİLYARD DOLLAR
 
Tehran rəhbərliyi, Əsədin vəzifə başında qala bilməsi üçün 7 ildə 36 milyard dollar xərcləyib.
 
MÜDAFİƏ BÜDCƏSİNİN 3 QATI
 
Bu rəqəm, İranın illik müdafiə büdcəsinin 3 qatını təşkil edir. Bu detalların ortaya çıxması İranda mübahisələrə səbəb olsa da, Tehran rəhbərliyi davranışından əl çəkməyəcək.
 
 “NEFT, QAZ VƏ FOSFATLA ÖDƏNƏCƏK"
 
Məsələ ilə bağlı açıqlama verən İranın dini lideri Əli Xameneyinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi, "Suriya borclarını neft, qaz və fosfat mineralı ilə ödəyəcək" deyərək ölkədəki niyyətlərini də müəyyən etmişdi.
Müxalifət.az