İranın raket hücumuna ABŞ-dan çox sərt reaksiya

Baxış sayı:
2203

Anadolu Agentliyinə açıqlama verən Pentaqon sözçülərindən mayor Sean Robertson, İranın dünən Suriyanın şərqindəki bəzi hədəflərə yönəlik raket hücumunu, ABŞ rəhbərliyindəki koalisiya ilə koordinasiya etmədən həyata keçirdiyini bildirib.
 
Mayor Robertson, "Koalisiya qüvvələrinə bir zərər verməmiş olsa da bu təcavüzü hələ də analiz edirik və oradakı mürəkkəb hava məkanını nəzərə aldıqda bu cür hücumlar Suriyada aktiv olaraq İŞİD ilə mübarizə aparan qüvvələri təhlükəyə salır" deyib.
ABŞ-ın, Rusiya ilə Suriyada qüvvələrin tanınması üçün rabitə kanalı qurduğunu ancaq İranın bu cür tədbirlər görmədiyini qeyd edən Robertson, "Koordinasiyasız bir hava sahəsinə raket atmaq mülki və hərbi aviasiyaya təhdiddir" deyə bildirib.
Robertson, "Koalisiya, İŞİD-ın Orta Fərat Vadisindəki qalıqlarını məğlub edəcək qabiliyyətə malikdir. İranın bu sahədəki hər davranışı məsuliyyətsiz, etibarsız və gərginliyi artırandır" deyə söyləyib.
Müxalifət.az