İranın Qərbi Azərbaycan əyalətində zəlzələ nəticəsində xəsarət alanların sayı 75 nəfərə çatıb - YENİLƏNİB

Baxış sayı:
1540

İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 75 nəfərə çatıb.
Bunu Xoy şəhər Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Möctabı Kamari bildirib.
Bundan əvvəl 36 nəfəri xəsarət aldığı açıqlanıb.

***

İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələdə 36 nəfər yaralanıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Müctəba Xalidi deyib.
M.Xalidi bildirib ki, Xoy şəhərinin Qətur bölgəsində 5,7 bal gücündə baş vermiş zəlzələ zamanı 36 nəfər xəsarət alıb.
M. Xalidi deyib ki, zəlzələ yerli vaxtla saat 9:22 radələrində yerin 6 kilometr dərinliyində baş verib. Daha sonra 13 afteşok qeydə alınıb.

***

Türkiyə ilə sərhəddə baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində İranda 25 nəfər xəsarət alıb.
Bu barədə “Fars” agentliyi məlumat yayıb.
Qərbi Azərbaycan əyalətinin Qotur rayonunda dağılan evlər var.
Xatırladaq ki, zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 8 nəfər ölüb.