İranın Parisdəki səfirliyinə hücum!

Baxış sayı:
2122

İran Fransanın paytaxtı Parisdəki İran səfirliyi qarşısında aksiya keçirən bir qrup nümayişçinin səfirlik binasına hücum etdiyini açıqlayıb.
 
İran dövlət televiziyası sözügedən hücumla bağlı, "Parisdəki səfirlik qarşısında toplanan separatçı terror təşkilatı Komele (Kürdüstan İnqilabi və İşçi Birlik Partiyası) üzvü 15 nəfərlik bir qrup dünən axşam səfirlik binasına hücum edib" deyə, xəbər verib.
Səfirliyin şüşələrini qıran və divarlara sprey boyalarla yazılar yazan nümayişçilərin binaya ziyan verdikləri qeyd edilib.
İran televiziyası, Fransa polisinin etiraz nümayişi haqqında əvvəlcədən məlumat sahibi olmasına baxmayaraq regionda təhlükəsizlik tədbiri almadığını vurğulayıb.
Qeyd edək ki, İranda 8 sentyabrda ölkədə terror təşkilatı olaraq qəbul edilən “Komele” üzvü olan 3 nəfər edam edilmişdi. Həmin gün İran Kürdüstan Demokrat Partiyasının (İKDP) Ərbildəki düşərgəsi İnqilab Mühafizəçiləri Ordusu tərəfindən raketlərlə vurulmuşdu. Hücumda aralarında üst səviyyə şəxslərin də olduğu 16 İKDP-li ölmüş, təxminən 40 nəfər yaralanmışdı.
Müxalifət.az