İranın nüvə qərarından sonra ABŞ hərəkətə keçdi

Baxış sayı:
13351

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın nüvə müqaviləsindən birtərəfli çəkilməsinə qarşılıq, "İran nüvə müqaviləsi çərçivəsində könüllü şəkildə götürdüyü bəzi öhdəlikləri yerinə yetirməməyi maraqlarına uyğun görmüşdür" - deyib.
 
İran prezidenti Həsən Ruhani də ABŞ-ın sanksiyalarına qarşılıq 60 gün ərzində İranın nüvə müqavilə maraqları qorunmasa, zənginləşdirilmiş uran səviyyəsini artıracaqlarını açıqlayıb.
 İranın nüvə fəaliyyətlərinə yenidən başlaması ilə bağlı açıqlamasından sonra ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini bəyan edib.
Ağ Evdən edilən açıqlamada, "Çox yaxında İrana yeni sanksiyalar tətbiq edəcəyik" deyə qeyd edilib.
Müxalifət.az