​İRANIN NÜVƏ OBYEKTLƏRİ YOXLANILDI

Baxış sayı:
7213

Rusiyanın “Rosatom” şirkətinin mütəxəssisləri İranın Fordo nüvə obyektində yoxlamalar keçirib.
Muxalifət.az məlumatına görə, yoxlama Rusiya-İran birgə qaz sentrifuqaları kaskadının yenilənməsi ilə bağlı aparılıb.
Qeyd olunur ki, bu proses İranla beynəlxalq “altılıq” ölkələri arasında 2015-ci ildə əldə olunmuş birgə hərtərəfli fəaliyyət planına əsasən keçirilib.
Həmin nüvə obyektindəki iki kaskad 174 sentrifuqadan ibarətdir.
Bu yoxlamaların gələcəkdə də keçiriləcəyi bildirilib./trend/