İranın nüvə böhranından SONRA İSTEFA ETDİ

Baxış sayı:
3655

Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAE-yə) vitse-prezidenti və İran nüvə proqramından məsul baş inspektor Tero Varjoranta istefa verib.
 
UAEA-dan edilən açıqlamada, 2013-cü ildən etibarən agentliyin “Mühafizə qurumu”na sədrlik edən Finlandiya əsilli Varjorantanın agentlikdəki vəzifələrindən istefa verdiyi bildirilib.
Açıqlamada, 2015-ci ildə imzalanan İran nüvə anlaşmasından əvvəl bu ölkədə müxtəlif səfərlərdə olan Varjorantanın İranın atomla əlaqəli işlərini nəzarət edən qrupun başında olduğu bildirilib.
Varjorantanın niyə istefa verdiyi açıqlanmasa da, İranın nüvə fəaliyyətləri ilə bağlı proqramın böyük bir peşəkarlıqla davam etdirildiyi qeyd edilib.
Digər tərəfdən, istefa verən Varjorantanı Massimo Aparonun müvəqqəti olaraq əvəz edəcəyi, UAEA-nin “Mühafizə qurumu”nun” sədrliyinə ən qısa müddətdə təyinat olacağı bildirilib.
Müxalifət.az