İranın neft embarqosundan kimlər qazanır: Neft qara bazarını kimlər idarə edir?

Baxış sayı:
6655

Türkiyə Enerji Strategiya Siyasətləri Araşdırma Mərkəzinin (TESPAM) başçısı Oğuzhan Akyener, ABŞ-ın İrana tətbiq etdiyi neft embarqosunun İran və İrandan ucuz neft alan ölkələr başda olmaqla, bir çox ölkəyə zərər verərkən, neft qara birjasını idarə edən Amerikan əsilli Yəhudi iş adamlarının və onların əməkdaşlıq etdiyi terror təşkilatlarının qazanacağını deyib. Akyener nəticədə bütün tərəflər zərər edərkən, neft qara bazarına nəzarət edən Amerikalı Yəhudi iş adamları İran neftinin qara bazardan ticarəti üzərindən qazandıqları milyardlarla dolları ABŞ-a gətirəcəkləri üçün bu ölkənin embarqonun tək qazananı olacağını qeyd edib.
 
İran neftini də Yəhudi nəzarətindəki qara bazara salacaqlar!
 
 İran embarqosunun heç təxmin edilməyəcək nəticələrinin doğacağını bildirən Oğuzhan Akyener, Yeniakit qəzetinə bunları deyib: "ABŞ və Qərb imperialist ölkələr tərəfindən müdaxilə edilərək terror edilən bölgələrdə neft "Black oil market” adlanan neft qara bazarına düşür. ABŞ-ın müdaxilə etdiyi bölgələrdə kölgə neft artır. Bu kölgə nefti də dünyada Yəhudi əsilli iş adamları idarə edir. İranın neft ixracatı embarqo ilə birlikdə 2.8 milyon barel/gün səviyyələrindən 1.2 milyon barel/günə düşüb. Aradakı 1.6 milyon barel fərqin, 10 faizi qara bazara getsə, illik 4 milyard dollarlıq hissəsinin neft qara bazarına nəzarət edən Amerikalı Yəhudi iş adamlarının cibinə girəcək anlamına gəlir.
ABŞ İrana qoyduğu ədalətsiz embarqo üzündən İran, qeydə alınmayan neftini istər-istəməz örtük şirkətlərə satmaq məcburiyyətində qalır. İran normal vəziyyətdə Brent neft markasını qiymətindən üç dollar aşağı satarkən, nidi daha çox aşağı qiymətə satacaq, amma yenə də satacaq. Çin, Hindistan, Türkiyə, Yaponiya, Cənubi Koreya, bəzi Avropa ölkələri bu embarqodan zərər çəkəcək. ABŞ onsuz da İrandan neft almadığı üçün zərər etməyəcək. Qara bazar neft ticarətini Amerikan əsilli Yəhudi iş adamları həyata keçirdiyi üçün pulu da ABŞ-a gətirəcəklər. ABŞ bu işdən qazanclı çıxan yeganə ölkə olacaq".
 
 Nefti İŞİD-dan PKK/PYD devr aldı, amma pulun axdığı yer dəyişmədi
 
 "Suriyada İŞİD-ın fəal olduğu dövrlərdə Yəhudi sərmayəli özəl Amerikalı şirkətlərin operatorluğunda İŞİD-ın əlinin altında olan və istehsalı davam etdiriləcək olan sahələrin işlənməyə davam etdiyi də məlum olan bir həqiqətdir. İŞİD funksiyasını tamamlayıb, regiondan çəkildikdən sonra da eyni sistem PKK/PYD ilə birlikdə davam etdirilib" deyən TESPAM sədri Akyener, bunun da neft və enerji zəngini bölgələrin necə planlı bir şəkildə stabilliyi pozularaq qaranlıq dairələrə resursların verildiyini göstərməsi baxımından parlaq nümunə olduğunu vurğulayıb.
 
ABŞ-ın PYD-yə ayırdığı illik yardım ilə PYD-nin illik neft satışı eyni miqdardır!
 
 "2014-ci ildə ölkədə hakim olmağa başlayan İŞİD prosesində də, sonra İŞİD-dan qalan boşluğu dolduran digər terror təşkilatı olan PYD dövründə də elektrik-neft istehsalı və satışları davam etmişdir. Hazırda bölgədə fəal olan PYD Suriyada istehsal etdiyi kölgə neftdən ciddi mənada maliyyə əldə etmişdir" deyən Oğuzhan Akyener, belə davam edib: "Suriyadakı neft yataqlarının böyük əksəriyyəti hazırda PYD-nin nəzarət sahəsində qalmışdır. PYD İŞİD-dan qalan bu yataqları işlətmək üçün ehtiyac duyduğu insan resurslarının bir hissəsinə onsuz da malikdir. Bölgədə bu mənada terrorizmin maliyyələşdirilməsi çərçivəsində sutkada 50 -80 min barel arasında dəyişən bir həcmdə neft hasilatı və satışı davam edir. Bölgədəki neftin keyfiyyətinin aşağı olması və kölgə kimi satılması səbəbiylə normal neft qiymətlərindən az qala 15 dollar / barrel miqdarda ucuz satılır. Yəni günün şərtləri ilə hesablasaq, sutkada orta hesabla 70 000 barel hasilat və satış edildiyi fərz edilərsə, orta hesabla Brent qiyməti 67 dollar / barrel qəbul edilərsə, istehsal olunan bu həcmin 52 dollar / barrel üzərindən satıldığı fərz edilərsə, gündəlik 3,6 milyon dollarlıq neft gəliri olduğu ortaya çıxır. Bu gəlirin 20 faizi müəssisə və nəqliyyat xərclərinə, 40 faizi bağlı sahələrdəki ABŞ-lı xüsusi şirkətlərə, qalan 40 faizi də PYD-yə qaldığı fərz edilərsə, PYD-yə buradan qalan miqdar gündəlik təxminən 1,5 milyon dollar həcmindədir. Bir ayda bu məbləğ 45 milyon dollara çatır. Bu da illik 550 milyon dollar edir ki, bu rəqəm ABŞ-ın 2019-ci ildə PYD üçün ayırdığı yardım büdcəsinə uyğun gəlir".
Müxalifət.az