İranın kosmosa raket buraxmaq cəhdi uğursuz oldu

Baxış sayı:
6529

 İranın kosmosa peyk buraxmaq cəhdi uğursuzluqla nəticələnib. Buraxılan raket qısa bir müddət sonra sürətlə yerə düşüb.
 
İran yerli istehsal ilk peykini 2009-ci ildə İslam İnqilabının 30-cu ildönümündə buraxmışdı. Tehran rəhbərliyi bu ay inqilabın 40-cı ildönümünü bayram edir.
Qeyd edək ki, İran son on il ərzində orbitə çoxsaylı peyk göndərmiş, ancaq ömürləri qısa olmuşdu. Tehran 2013-də kosmosa meymun da göndərmişdi.
Müxalifət.az