İranın dünyanı sarsan qərarına ilk təpki İsraildən gəldi: DÖYÜŞƏCƏYİK

Baxış sayı:
12787

İran prezidenti Həsən Ruhani ABŞ-ın sanksiyalarına qarşılıq 60 gün ərzində İranın nüvə müqavilə maraqları qorunmasa, zənginləşdirilmiş uran səviyyəsini artıracaqlarını açıqlayıb.
Bu bəyanatlarla nüvə fəaliyyətlərinə təkrar başlayacağını elan edən Tehran rəhbərliyinə ilk təpki İsraildən gəlib.
İsrailin baş naziri Binyamin Netanyahu bir anma mərasimində etdiyi çıxışında, "Bu gün səhər buraya gələrkən İranın nüvə proqramını davam etdirməyi planlaşdırdığını eşitdim. İranın nüvə silahı əldə etməsinə yol verməyəcəyik. Bizi öldürəcək olanlarla döyüşməyə davam edəcəyik" deyib.
Müxalifət.az