​İranın budəfəki hədəfi hansı ərəb ölkəsidir?

Heç bir ərəb dövləti İranın ballistik raketlərinin qarşısında özünü təhlükəsizlikdə hesab edə bilməz.
Muxalifet.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyr Ərəb Dövlətləri Liqasının toplantısında çıxışı zamanı deyib.
“Bu xain hücumlara səssiz qalmaq, ərəb ölkələrinin paytaxtlarını təhlükə altında qoyur. Səudiyyə Ərəbistanı bu hücumu qəbul etməyəcək və milli təhlükəsizliyinin qeydinə qalacaq”, - Cübeyr bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Yəməndə husilərin Ər-Riyada uğursuz raket zərbəsindən sonra Səudiyyə bu təxribatda İranı günahlandırmışdı.