İranın Ankara səfirindən Vaşinqtona TƏHDİD...

Baxış sayı:
2125

İranın Ankara səfirliyi Məhəmməd Farazmand Qasım Süleymaninin ABŞ-ın tərtib etdiyi əməliyyatla Bağdadda öldürülməsi haqda açıqlamalar verdi.
Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla bildirir.
Farazamandın açıqlaması belə idi: "Trampın bu hərəkəti onun verdiyi ən pis qərar idi. Tramp və Pompeo vaxtından tez sevindilər, amma bu sevincləri uzun çəkməyəcək. Etdikləri bu hərəkət çox axmaqcasına hərəkət idi. Bu əməliyyat cinayət və terrordur. Savaşı başlayan tərəf biz olmayacağıq desək də, ABŞ-ın bu səhvinin nəticəsi olacaq. Bunun da məsuliyyəti tamamilə ABŞ-ın üzərindədir. Onlar bunun əvəzini ödəyəcəklər. Süleymani önəmli bir şəxs idi. İraqın qonağı idi və İraq hökumətinin dəvətilə getmişdi. ABŞ bu etdiklərinə görə qorxmalıdır. Tehranın necə bir qərar verəcəyini gözləyirik".
Muxalifet.az