İranın Ali lideri müsəlmanlara çağırış etdi: "Bunun əleyhinə çıxın!"

Baxış sayı:
1021

İranın Ali dini lideri Əli Xamenei bütün müsəlmanları ABŞ-ın Fələstin-İsrail konflikti üçün təklif etdiyi "əsrin müqaviləsi"nə qarşı çıxmağa səsləyib.

Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, Xameneinin bu çağırışı onun rəsmi saytında yerləşdirilib.

Ali liderin sözlərinə görə, Fələstin məsələsi hazırda müsəlmanların qarşısında dayanan əsas problemdir. O, ABŞ-ın hazırladığı "əsrin müqaviləsi"nin cinayət olduğunu bildirib.