İranın ABŞ-ı vuracaq raketləri görüntüləndi

Baxış sayı:
5533

ABŞ-ın “New York Times” qəzeti səlahiyyətlilərə söykədiyi xəbərində, ABŞ-ın Körfəzə hərbi yığınaq daşımasının arxasında İran ordusuna aid gəmilərdən raket yükləndiyi ilə bağlı peyk görüntülərinin olduğunu iddia edib.
 
Adlarının açıqlanmasını istəməyən Amerikalı səlahiyyətlilər, peykdən çəkilmiş fotoşəkillərdə İran İnqilab Mühafizəçiləri Ordusuna aid gəmilərdə raket təsbit edildiyini və bunun Vaşinqtonu hərəkətə keçirdiyini önə sürüb.
Səlahiyyətlilər İran İnqilab Mühafizəçilərinin bir neçə İran limanından kiçik gəmilərə montaj edilmiş raketləri yüklədiyinə dair görüntülərin olduğunu irəli sürüb.
Söz mövzusu görüntüləri Körfəzdəki ABŞ donanmasına bağlı gəmilərə hücum planı olaraq şərh edən kəşfiyyatın, ayrıca ticarət gəmilərinə yönəlik hücum planlarına dair məlumatlar da aldığı qarşıya qoyulub.
Bunun yanında, İraqda şiə milislərin Amerikan əsgərlərinə hücum edə biləcəyinə dair məlumatların də gəlməsi, Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton və ABŞ Xarici İşlər naziri Mayk Pompeonun "İranın ABŞ hədəflərinə yönəlik bir hazırlıq içində olduğu" qənaətini gücləndirdiyi iddia edilib.
ABŞ rəhbərliyinin bu məlumatlardan sonra hərəkətə keçdiyi ifadə edilərkən, səlahiyyətlilər söz mövzusu peyk görüntülərinin ABŞ rəhbərliyinin daha əvvəl İrandan heç görmədiyi bir təhdidi qəbul etməsinə gətirib çıxardığını ifadə edib.
Səlahiyyətlilər ABŞ Xarici İşlər Nazirliyinin İraqdakı əməkdaşların geri çəkməsi ilə bağlı Pompeonun qərarının İran təhdidinə olması lazım olandan çox reaksiya göstərdiyini və İraqlı səlahiyyətlilərin Pompeoya o cür təcili bir təhdidin söz mövzusu olmadığını söylədiyini qeyd edib.
Müxalifət.az