​İranın ABŞ-dakı nümayəndəliyinə SİLAHLI HÜCUM

Baxış sayı:
5323

İranın Vaşinqtondakı Nümayəndəliyində silahlı şəxs tutulub.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Məxfi Xidməti yayıb. İnsident Pakistan səfirliyinin ərazisində yerləşən və İranın maraqlarını müdafiə edən ofisdə yaşanıb. Ələ keçirilən silahlı şəxs polisə çatdırılıb.
ABŞ mətbuatı silahlı şəxsin ələ keçirilən zaman antiiran şüarları səsləndirdiyi haqqında məlumat yayıb. Onun 55 yaşlı Əlirza Faxar olduğu bildirilir. Faxar hücum zamanı farsca danışıb.
Qeyd edək ki, İranla ABŞ arasında diplomatik münasibətlər yoxdur. İranın bu ölkədəki maraqlarını Pakistan səfirliyi müdafiə edir.