"İRANIN 200-DƏN ARTIQ HƏDƏFİNİ VURDUQ" - İSRAİLƏN ŞOK İDDİA

Baxış sayı:
3280

Muxalifet.az xəbər verir ki, İsrail ordusu son 18 ayda İran qüvvələrinə məxsus olduğu iddia edilən 200 ədəddən artıq hədəfə hücum keçirdiyini iddia edib.

İsrail mətbuatına müsahibə verən və adının açıqlanmasını istəməyən İsrail hərbçisi son 18 ayda İsrailin Suriyada İrana məxsus olduğu iddia edilən 200-dən artıq hədəfi, əksəri hərbi təyyarələr tərəfindən həyata keçirilən hücumlarla vurduğunu bildirib.

Xəbərdə deyilir ki, 2017-ci ildən indiyə qədər İsrail Suriyaya 792 ədəd bomba və raket atıb.

İsrailli mənbə vurulan hədəflərin böyük qisminin “İran İnqilabı Keşikçilərinə məxsus olduğu iddia edilən silah sistemləri” olduğunu söyləyib.

Hücumların İranın Suriyadakı varlığının qarşısını almaq məqsədi daşıdığını deyən mənbə, bu hücumlar nəticəsində İran İnqilabı Keşikçilərinin Suriyadakı bir çox bazanı boşaltmağa məcbur olduğunu iddia edib.

İsrail mediası 2013-cü ildən bəri İsrailin Suriya torpaqlarına hücumlar keçirdiyini bildirir.