“İranı vurmaq üçün təsdiqə ehtiyacım yoxdur” - Tramp

Baxış sayı:
2734

ABŞ prezidenti Donald Tramp İrana yönəlik ola biləcək bir hərbi əməliyyat təlimatı üçün Konqresin təsdiqinə ehtiyacı olmadığını söyləyib. Donald Tramp “The Hill” internet saytına verdiyi müsahibədə ABŞ-İran gərginliyinə münasibət bildirib. Konqresin təsdiqini almadan İrana yönəlik hər hansı bir hücum əmri vermə səlahiyyətinə sahib olub olmadığı şəklindəki suala cavab verən Tramp, "Bəli, buna səlahiyyətim var" deyib. "KONQRESİ MƏLUMATLANDIRIRIQ" Tramp "İran mövzusunda nə etdiyimizlə əlaqədar Konqresi davamlı məlumatlandırırıq, sanıram bunu da təqdir edirlər. Onları aktual tutmaq istəyirəm, amma qanuni olaraq bunu etmək məcburiyyətində deyiləm" deyib. PELOSİ: "BİZDƏN SƏLAHİYYƏT İSTƏMƏLİDİR" Nümayəndələr Palatasının Demokrat başçısı Nanci Pelosinin "Tramp İranı vurmadan əvvəl bizdən səlahiyyət istəməlidir" şəklindəki açıqlamasına münasibət bildirən Tramp, "Bununla razı deyiləm, bir çox insan buna qatılmır" deyib. İrana yönəlik bir hava hücumunu təsdiq etməyə çox yaxın olduğunu deyən Tramp, "Daha sonra bunu etməməyə qərar verdim. Bu qərarı bir nöqtədə verəcəkdim və sonra etməməyə qərar verdim, çünki həqiqətən mütənasib olmayacaqdı" deyə bildirib. ABŞ ilə İran arasındakı təzyiq artarkən Konqresdəki Demokratlar Tramp rəhbərliyinin Tehrana qarşı hər hansı bir hərbi hərəkətə keçmədən əvvəl Konqresdən təsdiq alması lazım olduğunu qeyd edirlər. Müxalifət.az