​İranı resurslardan məhrum etmək lazımdır – Makmaster

Baxış sayı:
2738

İrana qarşı əlavə sanksiyalar tətbiq olunmalıdır.
Muxalifet.az xəbər verir ki, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert Makmaster söyləyib.
“İran xalqı rejimdən narazılığını dilə gətirir. Bu rejim öz xalqınının maraqları yerinə terrorizmin ixracına daha çox diqqət yetirir. Bu rejimin özünün cinayətkar kampaniyasının davamına imkan yaradacaq resurslardan məhrum etmək lazımdır”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ rəsmiləri İrana yeni sanksiyalar tətbiq ediləcəyi barədə artıq açıqlama veriblər.