​İranı parçalamağa çalışanların planı... - Qasımi

Baxış sayı:
6850

Müəyyən ölkələrin himayə etdiyi terror təşkilatları bu gün İrandakı ictimai-siyasi sabitliyi pozmağa cəhd göstəriblər.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
Onun sözlərinə görə, terror aktının məhz Çabaharda törədilməsi təsadüfi xarakter daşımır. İran hökuməti bu bölgəyə külli miqdarda sərmayə yatıraraq Azad İqtisadi Zona yaradıb:
“Terror aktından məqsəd ondan ibarətdir ki, ölkədə ictimai-siyasi sabitliklə yanaşı, iqtisadi vəziyyət də gərginləşsin. İranın sərhədyanı regionlarında xaos yaratmaqla ölkəni parçalamağa çalışanların planları baş tutmayacaq”.
Xatırladaq ki, bu gün səhər saatlarında İranın Sistan-Bəlucistan vilayətindəki Çabahar şəhərinin polis idarəsi qarşısında terrorçu-kamikadze avtomobili partladıb. Nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb.