​İrandan Yəmən AÇIQLAMASI

Baxış sayı:
7357

Yəmənin hökumət koalisiyası və husilər arasındakı razılaşmanı müsbət və inam yaradan amil kimi dəyərləndiririk.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
O, İsveçdə əldə edilən razılaşmanın tətbiq ediləcəyinə, tərəflərin bu razılaşmadan irəli gələn öhdəliklərə əməl edəcəyinə ümid etdiklərini söyləyib.
Qeyd edək ki, BMT himayəsi ilə İsveçdə 6-13 dekabr aralığında baş tutan müzakirələrdə Taiz şəhərinə humanitar yardımların çatdırılması, Xodeyda limanından hərbi qüvvələrin çəkilməsi və digər məsələlərlə bağlı razılığa gəlinib.