İRANDAN XƏBƏRDARLIQ: “İyulun 7-dən sonra...”

Baxış sayı:
6277

İran prezidenti Həsən Ruhani iyulun 7-dən etibarən uranın zənginləşdirilmə səviyyəsinin 3,67-dən yuxarı çıxacaracaqlarını bəyan edib. Ruhani 5+1 müqaviləsini imzalayan tərəflərə verdikləri 60 günlük müddətin iyulun 7-də başa çatdığını və bu tarixdən etibarən növbəti addımı atacaqlarını söyləyib: “İyulun 7-dən sonra zənginləşdirilmiş uran səviyyəsi artıq 3,67 % olmayacaq. Bu səviyyədən yuxarı olacaq. Bu istiqamətdəki öhdəliyi bir kənara qoyacağıq və istədiyimiz qədər uran istehsal edəcəyik. Ürəyimiz nə qədər istəsə və bizə nə qədər lazımdırsa, o qədər uran istehsal edəcəyik. Əgər yenə təəssüflə qarşılayacaqsınızsa, buyurun, qarşılayın. Bəyanat yayacaqsızınsa, buyurun yayın”.

Ruhani zənginləşdirilmiş uran ehtiyatı limitinin müqavilədə nəzərdə tutulmuş 300 kq həddini aşdığını və bunun davam edəcəyini qeyd edib. Ruhani qarşı tərəfin vədinə sadiq qalacağı təqdirdə İranın da bu istiqamətdə geri addım ata biləcəyini və əlavə istehsal elədikləri uranium miqdarının 10 min kiloqram olsa da, bunu bir dəfəyə Rusiyaya satıb qarşılığında “sarı tort” (üyüdülmüş uran oksid) ala biləcəklərini deyib.

Ruhani son sözünü də deyib: “Atdığımız bütün addımları bir saat içərisində geri çəkə bilərik. Bir qərar verin, nüvə müqaviləsi yaxşıdır, yoxsa pis?”