​İrandan Venesuelaya dəstək: ABŞ-ın müdaxilələrinə qarşı...

Baxış sayı:
8203

İran Vaşinqtonun qeyri-qanuni müdaxilələrinə qarşı Venesuelanı dəsətəkləyir.
Muxalifet.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib. O, Venesueladakı problemlərin yalnız ölkədəki siyasi tərəflər arasında dialoqla həll edilə biləcəyini söyləyib:
“Bu ölkənin daxili işlərinə hər cür müdaxilə vəziyyətin daha da qarışıq bir hala düşməsinə səbəb olacaq”.
Qeyd edək ki, Nikolas Maduronun ikinci dəfə prezident seçilməsindən sonra Venesuelada müxalif partiyalar etiraz edib. Eyni zamanda 14 ölkə sözügedən seçkiləri boykot etmək üçün Karakasdakı səfirlərini geri çağırıb.
Bir müddət öncə isə ABŞ dövlət katibliyinin sözçüsü Robert Palladino açıqlamasında Vaşinqton hökumətinin Venesuelada demokratiyanın təmin edilməsi üçün iqtisadi və siyasi təzyiqlərə davam edəcəyini bildirib.