İrandan Türkiyə ordusuna DƏHŞƏTLİ HÜCUM: şəhid və yaralılar... - Hər şey ÜZƏ ÇIXDI

Baxış sayı:
2170

“Sülh çeşməsi” (Barış pınarı) hərəkatı çərçivəsində Türkiyə ilə ABŞ arasında razılaşma əldə edilməsindən sonra İran sərhədindəki PKK-çıların hücumları yenidən artıb.

İran torpaqlarından Türkiyə tərəfə sızmağa cəhd edən terrorçular Van, Iğdır və Ağrıda əsgərləri hədəf alıb.

3 dəfə təşkil olunan hücumda 1 türk əsgəri şəhid olub, 7-si yaralanıb. Hücumlara çox yaxın bölgələrdə İran ordusuna aid hərbi bazaların olması “İran PKK-çıların keçidinə göz yumur” sualını ağıllara gətirir. Hərbi qaynaqlara görə, İran ordusunun xəbəri olmadan terrorçuların bu bölgədən keçməsi mümkün deyil.

Türkiyənin ABŞ-la uzlaşmasının ardınca İran sərhədindən gələn hücumların zamanlaması diqqətdən yayınmayıb. PKK-çıların bir qismi İran sərhədləri daxilində yerləşən Qəndil dağlarını ana qərargah olaraq istifadə edir.

Qeyd edək ki, İran Suriyadakı terrorçuları təmizləmək məqsədilə təşkil olunan “Sülh çeşməsi” hərəkatına sərt reaksiya göstərmişdi.

Hücumlara harada həyata keçirilmişdi?

ABŞ-Türkiyə razılaşmasından 3 saat sonra Vanın Çaldıran ilçəsində Uzunyol polis bölməsi və Soyuq Su polis bölməsinin yerləşdiyi bölgəyə İran tərəfindən atəş açılmışdı.

Bundan başqa, Iğdırın Aralıq ilçəsindəki Gökay Hüdud polis bölməsinə raket atılmışdı.//publika