İrandan təhdid kimi açıqlama: Daha da sərt olacaq

Baxış sayı:
2539

İran Xarici İşlər Nazirliyindən nüvə razılaşması ilə əlaqədar açıqlama verilib. Xarici İşlər Nazirliyinin sözçüsü tərəflərin razılaşma öhdəliklərini yerinə yetirmədiyi təqdirdə "üçüncü addımın daha sərt olacağını" söyləyib.
 
İran Xarici İşlər Nazirliyinin sözçüsü nüvə razılaşması ilə əlaqədar "Yalnız mövcud razılaşmadakı problemləri müzakirə edəcəyik, yeni bir razılaşmada iştirak etməyəcəyik" deyib.
İranın nüvə razılaşmasındakı öhdəlikləri azaltmaq üçün 60 gün içərisində addım atacağını ifadə edən Xarici İşlər Nazirliyinin sözçüsü razılaşmanın gərəklərinin yerinə yetirilmədiyi təqdirdə, "üçüncü addımın daha sərt olacağını" söyləyib.
Müxalifət.az