İrandan təhdid! ƏGƏR BUNU EDƏRLƏRSƏ...

Baxış sayı:
3412

İran prezidenti Həsən Ruhanidən təhdid kimi açıqlama gəlib. Ruhani, “ABŞ İran ilə bağlanan nüvə sazişini rəfə qaldırarsa, İranın cavabı təxmin ediləcəyindən də güclü olacaqdır” deyib.
 
İran prezidenti Həsən Ruhani, "Tramp, Tehran ilə ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya arasında 2015-ci ildə imzalanan nüvə sazişini geri çəkərsə, peşman olar. İranın cavabı təxmin ediləcəyindən çox daha güclü olacaq" deyə, söyləyib.
Dövlət televiziyasında çıxış edən Ruhani, "İran, nüvə sazişini pozacaq hərəkətlər etmədi, lakin ABŞ müqavilədən geri çəkilsə, çox peşman olacaq. Cavabımız ehtimal etdiklərindən daha güclü olacaqdır. Bunu 1 həftə ərzində görəcəklər" deyə, bildirib.
Müxalifət.az