İrandan təcili “Türkiyə” açıqlaması: Əməliyyat keçirəcəyik

Baxış sayı:
4510

 İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari Türkiyə-İran sərhədinin nəzarəti üçün birgə əməliyyat keçirəcəklərini bildirib.
 
Türkiyə ilə ortaq sərhədin qorunması üçün çox yaxşı addımlar atdıqlarını deyən Zülfüqari, "Türkiyə-İran sərhədində birgə əməliyyat aparacağıq. Sərhəddə ümumiyyətlə problem yoxdur" deyə bildirib.
Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu 6 martda İranla əhəmiyyətli bir əməkdaşlıq etdiklərinə işarə edərək "İranlılarla müzakirələr aparmışıq. İnşallah birlikdə əməliyyat aparacağıq. İlk dəfə deyirəm. İranla PKK-ya qarşı inşallah birlikdə əməliyyat keçirəcəyik. Çox uzun zamandır Türk dövlətinin tezisidir birlikdə əməliyyat aparmaq" demişdi.
Müxalifət.az