İrandan Səudiyyə ŞAHZADƏSİNƏ SƏRT MESAJ: SONUNU DÜŞÜN...

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı, "Bir az da ağlını işlədib, diktatorların qaçılmaz sonunu düşün" deyə, təhdid edib.
 
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın İran əleyhinə açıqlamalarına cavab verib.
Qasımi, "Səudiyyə Vəliəhdinin bəsit, məntiqsiz və səviyyəsiz bəyanatları və davranışları beynəlxalq aləmdə kimsənin onun bu cür açıqlamalarına əhəmiyyət verməməsinə səbəb olmuşdur. Səudiyyə Ərəbistanının avantürist vəliəhdinin səhvləri Ərəbistanın ənənəvi müttəfiqlərini belə çətin vəziyyətə salmışdır. Sözügedən səhvlərin son nümunəsi Səudiyyənin Livanın daxili işlərinə müdaxilə etmə rəzaləti idi. Səudiyyə Vəliəhdinə nümunə götürdüyü diktatorların son illərdəki qaçılmaz sonu haqda düşünməsini tövsiyə edirəm" deyə, açıqlama verib.
Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanının gənc vəliəhd şahzadəsi Məhəmməd bin Salman son çıxışlarında İranın lideri Xamneyini hədəf alaraq Hitlerə bənzətmişdi.

Müxalifət.az