İrandan sərt təpki: İradəmizi test etməyin

Baxış sayı:
7960

İranın müdafiə naziri general-mayor Əmir Xatəmi paytaxt Tehrandakı Milli Müdafiə Universitetində təşkil olunan "Qərbi Asiyada Təhlükəsizlik" mövzusunda konfransda çıxış edib.
 
Xatəmi, çıxışında Qərbə səslənərək “Qərb və müstəmləkəçilərə deyirəm, İranın iradəsini test etmək üçün uyğun bir zaman deyil. Əgər iradəmizi test etməyə çalışsanız, bu sizin üçün peşmançılıqdan başqa bir şey olmaz" deyib.
Regionda ABŞ və Qərb hegemoniyasının sona çatdığını deyən Xatəmi, Qərbi Asiyada yeni bir nizamın inşa edildiyini irəli sürüb. Xatəmi, "Keçmiş illərdəki hadisələr bölgə təhlükəsizliyini təmin etməkdə Qərbin təsiri olmadığını göstərir. ABŞ-ın Suriyadan çəkilməsi də bunu təsdiq edir" deyə söyləyib.
ABŞ prezidenti Donald Trampın, "İranın ABŞ ilə masaya oturmaq istədiyi" istiqamətindəki iddialarına işarə edən Xatəmi, "Öz sözlərini yerinə yetirməyənlərin müzakirə haqqında söhbətləri yersiz və gülüncdür" deyib.
Müxalifət.az