İrandan son dəqiqə Türkiyə açıqlaması!

Baxış sayı:
7651

İran Məclisinin başçısı Əli Laricani, prezident Ərdoğanın qatılacağı "üçtərəfli Sammit" öncəsi vacib bir açıqlama verib.
 
İdlib məsələsində üç ölkənin anlaşacağına inandığını bildirən Laricani, "Sabah Türkiyə, Rusiya və İranın İdliblə bağlı yekun razılığa gələcəyinə ümid edirəm" deyib.
 
SAMMİT SABAH KEÇİRİLƏCƏK
 
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Suriya məsələsi üçün İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putin ilə bir araya gələcək.
Sammitdə Suriya məsələsinin bütün detalları müzakirə edilməsi gözlənilir. Başda İdlib olmaqla, Suriyadakı hadisələrlə bərabər, Suriyada siyasi keçid üçün atılması lazım olan addımlar müzakirə olunması nəzərdə tutulur.
Müxalifət.az