İrandan şok neft həmləsi!

Baxış sayı:
8272

İran, neft bazarındakı tələbləri və digər neft ixracatçısı ölkələrin verdiyi güzəştləri istifadə edərək neft qiymətlərində endirim etdiyini açıqlayıb
 
İran rəsmi agentliyi “İRNA”-ya açıqlama verən İran Neft Nazirliyindən adı açıqlanmayan bir səlahiyyətli, ölkəsinin neft qiymətlərində endirimə getdiyini bildirib. Beynəlxalq neft bazarındakı tələbləri və digər neft ixracatçısı ölkələrin verdiyi güzəştləri nəzərə alaraq bu qərarı verdiklərini bildirən İranlı səlahiyyətli, "Müştərilərə güzəştlər təmin etmək, bütün neft ixracatçıları tərəfindən edilən qlobal neft bazarındakı əsasların bir hissəsidir" deyib.
 
ABŞ-ın SANKSİYALARI
 
İranlı səlahiyyətli hansı məbləğdə endirim edildiyi haqqında məlumat verməsə də, bəzi media orqanlarında İranın avqust ayından etibarən neft satışında 60 ilə 80 sent arasında güzəştə getdiyini dair iddialar ortaya atılıb. İran, gündəlik orta hesabla 2 milyon 200 min barrel olan xam neft ixracının yarısını Çin və Hindistana, 25 faizini Avropa ölkələrinə, bir qismini də Cənubi Koreya və Yaponiyaya edir.
Qeyd edək ki, ABŞ-ın 5 noyabrda qüvvəyə mindirəcəyi İran neftini hədəf alan sanksiyaları səbəbindən Cənubi Koreya və Yaponiya İrandan neft idxalını dayandırıb.
Müxalifət.az