İrandan ərəb ölkələrinə SÜRPRİZ TƏKLİF

Baxış sayı:
2587

Fars körfəzi ölkələrinə təhlükəsizlik məsələləri sahəsində regional forum yaratmağı təklif edirik.
Muxalifət.az xəbər verir ki, bunu BMT Baş Assambleyasında çıxışı zamanı İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. O, İranın qonşularının Tehranın bu təşəbbüsünü dəstəkləməyə çağırıb:
“Başqalarının təhlükəsizliyini parçalamaq hesabına öz təhlükəsizliyini təmin etmək regionda silahlı konfliktləri daha da artırır. Hazırda yeni paradiqmaya keçməyimiz vacibdir. Bu, qüvvələrimizin birləşdirilməsinə əsaslanmalıdır”.