İrandan nüvə açıqlaması: Heç vaxt...

Tehran heç vaxt nüvə silahının yaradılmasına və inkişaf etdirilməsinə cəhd etməyəcək. 
Bu barədə İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi danışıb. 
“İran nüvə silahına sahib olmamaq fikrinə sadiqdir. Təsdiqləyirik ki, heç vaxt, heç bir şəraitdə nüvə silahı yaradılması və inkişafına cəhd göstərilməyəcək”, - Arakçi deyib. 
Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın İranla nüvə sazişini tərk etmək istəməsi barədə xəbərlər yayılmışdı.