İrandan növbəti antiAzərbaycan QƏRAR

Qərbi Azərbaycana yeni vali kürd təyin olundu
 
İranın Daxili İşlər Nazirliyi Qərbi Azərbaycanın vali postuna bir kürdü təyin edib.
Bununla bağlı İran DİN məlumat yayıb.
Məlumata görə, Məhəmməd Mehdi Şəhriyarizadə Qərbi Azərbaycana vali təyin edilib.
Nazirlik yerli əhali və azərbaycanlı millət vəkillərinin bütün etirazlarına baxmayaraq, belə bir qərar qəbul edib.
Şəhriyarizadə Şimali Xorasanda Bocnurdun Qurmanç kürdlərindəndir, Şimali Xorasan Əyalətinin Aşxana şəhərində anadan olub.
Qeyd edək ki, sentyabrın 25-də İraq Kürdüstanında baş tutan qondarma referendumdan sonra burada yaşayan kürdlər Güney Azərbaycanın bir çox bölgələrinin tarixən kürd torpağı olması ilə bağlı iddia ortaya atıblar. İran rəsmiləri isə güneylilərin etirazına baxmayaraq, bölgədə kürdlərə yüksək vəzifələr verir.