​İrandan Kürd Muxtariyyətinə şad xəbər

İran Kürd Muxtariyyəti ilə bütün sərhəd qapılarını açacağını açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Qeyd edək ki, İran sərhəd qapılarını rəsmi Bağdadın tələbi ilə 15 oktyabrda bağlamışdı. Bir müddət əvvəl İraq Kürd Muxtariyyəti ilə İran arasındakı “Başmaq” sərhəd keçid məntəqəsi yenidən ticarət üçün açılmışdı.