İrandan kritik "Körfəz" həmləsi!

Baxış sayı:
1195

İranın Xarici İşlər naziri Cavad Zərif Körfəz ölkələrinə hücum etməmək barədə təklif verdiklərini açıqlayıb.
 
"İran üzərinə iqtisadi və ya hərbi olan bütün müharibə səylərinə qarşı dayanacaq və onlarla güclü bir şəkildə üzləşəcəyik" deyən Zərif ayrıca Avropa ölkələrini təəhhüdlərini yerinə yetirməyə çağırarkən, "Nüvə razılaşmasını qorumaq üçün daha çox şey etməlidirlər. Danışmaq razılaşmanı qorumaq üçün kafi deyil. Avropalılar praktikada da hərəkətə keçməlidir", - bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın ötən il nüvə razılaşmasından çəkildiyini açıqlamasından sonra ABŞ ilə İran arasındakı gərginlik pilləli olaraq artmışdı. Son olaraq ABŞ Körfəzə təyyarə və döyüş gəmiləri göndərmiş, Vaşinqton rəhbərliyi Orta Şərqə əlavə əsgər göndərmə qərarı almışdı.
İranın 'qonşu Körfəz ölkələri' olaraq açıqladığı “hücum etməmək” paktı barədə təklifinin hansı ölkələrə edildiyi hələ bilinmir. Bölgədə İran ilə Yəməndəki müharibədə qarşı-qarşıya gələn Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrlikləri kimi ölkələr də var.

Müxalifət.az