İrandan kritik çağırış: “Müqaviləni xilas edin”

Baxış sayı:
8389

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi İranın Avropa Birliyinə (AB) 2015-ci ildə imzalanan ‘İran Nüvə Müqaviləsinə dair öhdəçiliklərini yerinə yetirərək razılaşmanı xilas etmə çağırışı etdiyini bəyan edib.
 
Musəvi müqaviləni imzalayan digər ölkələrin öhdəliklərini yerinə yetirdiyi təqdirdə İranın da öhdəliklərini yerinə yetirəcəyini söyləyib.
AB ölkələrinin İrana öhdəliklərini xatırlatmalarının ‘həqiqi olmadığını' və ‘məqsədə və məntiqə zidd' olduğunu ifadə edən Musəvi, AB-nin müqaviləyə hörmət etməsinin vacib olduğunu əlavə edib.
Qeyd edək ki, daha əvvəl Fransa, Almaniya və İngiltərə böhranın diplomatik yollarla həll edilməsi üçün çağırış etmişdilər.
Müxalifət.az