İrandan kritik açıqlama: “Terror təşkilatı PYD/PKK Afrini işğal edib”

Baxış sayı:
2229

İranın ruhani lideri Ayətullah Əli Xameneyinin Yüksək Hərbi Məsləhətçisi general-mayor Yəhya Rəhim Səfəvi Türkiyənin Afrin əməliyyatını dəyərləndirərək, terror təşkilatı YPG-nin Suriyanın milli suverenliyini pozaraq Ağdənizə çıxış üçün Afrini işğal etdiyini söyləyib.
 
İranın rəsmi xəbər agentliyi IRNA-nın xəbərinə görə, Türkiyənin terror təşkilatı PKK-YPG-yə qarşı Afrində davam etdirdiyi “Zeytun Budağı” əməliyyatına dair mətbuat nümayəndələrinin suallarına cavab verən general-mayor Səfəvi, ABŞ-ın yeni ildəki əsas strategiyasının regiondakı münaqişə sahələrini qorumaq olduğunu irəli sürüb.
Səfəvi, "ABŞ, 30 min nəfərlik bir qüvvə yaratmaqla Türkiyənin cənubi ilə İraqda Kürdlər üçün muxtar bir bölgə yaratmaq istəyir. Digər tərəfdən Kürdlər bunun davamlı olaraq Ağdənizə çıxış üçün dəhliz yaratmaq istəyirlər ki, məhz buna görə də Afrini işğal etdilər. Kürdlərin bu həmləsi Suriyanın milli suverenliyinin pozulmasıdır".
Müxalifət.az