İrandan İsarilə müharibə mesajı - RƏSMİ

Baxış sayı:
2239

İsrail və ABŞ-ın Yaxın Şərqdəki əməlləri müharibəyə doğru aparır.
Muxalifet. xarici KİV-ə istinadən xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.
“Əlbəttə ki, bəzi insanlar müharibə axtarır... İsrail”, - deyə o vurğulayıb.
Zərif İsraili Suriyanı bombaladığına görə beynəlxalq hüququ pozmaqda günahlandırıb və Avropanı hərəkətsizliyə görə ittiham edib.
“Müharibə riski böyükdür. Əgər beynəlxalq hüququn pozulmasına göz yummaqda davam edəcəksinizsə, risk daha böyük olacaq”, - deyə o vurğulayıb.