İrandan İngiltərəyə çağırış: TERRORÇULARI ÖLKƏDƏN ÇIXARIN

Baxış sayı:
4819

İranın Londondakı səfiri Həmid Baidinejad, sosial media hesabından verdiyi açıqlamada, "İngiltərə hökumətindən bu terror təşkilatının ölkədəki üzvlərini müəyyən edərək fəaliyyətlərini qadağan və deportasiya etməsi tələb edilib" deyə, qeyd edib.
 
Baidinejad həmçinin, terror hadisəsi ilə ittiham olunan El-Ahvaziyə adlı təşkilatın sözçüsü Yaqub Azad Tostorinin təcavüzdən dərhal sonra London mərkəzli "İran İnternəşnl" televiziyasına birbaşa bağlanaraq terror hücumunu təqdir etməsinə də təpki göstərib.
Sözügedən televiziya kanalını terror təbliğatı və bu səbəblə də İngilis media nəzarət qurumu olan “Ofcom”-a şikayət etdiklərini bildirən Baidinejad, “İran İnternational”-ın qeyri-qanuni yayımının araşdırılması lazım olduğunu söyləyib.
Qeyd edək ki, İranın Huzistan əyalətinə bağlı və Ərəblərin çoxluq təşkil etdiyi Ahvaz şəhərində şənbə günü İran-İraq müharibəsinin 38inci ili münasibətilə keçirilən hərbi parad mərasiminə edilən silahlı hücumda 25 nəfər həyatını itirmiş, 69 nəfər yaralanmışdı. Hadisədən sonra İran rəhbərliyi separatçı El-Ahvaziyə təşkilatını təqsirləndirmişdi.
Hücumdan sonra Londondan yayımlanan “İran İnternəşnl” adlı televiziya kanalına bağlanan terror təşkilatının sözçüsü terroru tərifləmiş və hücumun "Ahvaz Milli Müqaviməti" tərəfindən törədildiyini bəyan etmişdi. El-Ahvaziyə (Ahvaz Azadlıqsevər Ərəb Hərəkatı) kimi tanınan separatçı təşkilat, "Ahvaz Milli Müqaviməti" çətiri altında fəaliyyət göstərir.
Müxalifət.az