İrandan İbadiyə kritik XƏBƏRDARLIQ: ƏSLA GÜVƏNMƏYİN

İranın dini lideri Ayətullah Xameneyi, İraq baş naziri İbadi ABŞ-a güvənməyin” xəbərdarlığıı edib.
 
İran lideri Ayətullah Əli Xameneyi, İranda səfərdə olan İraqın baş naziri Heydər əl-İbadi ilə görüşündə, "İŞİD-i ABŞ yaratdı. ABŞ-a əsla güvənməyin" deyə, xəbərdarlıq edib.
İran liderinin ofisindən edilən şərhə görə, görüşdə Xameneyi, "İŞİD-i ABŞ özü yaratdı. Terroristlər İraq xalqı və dövlətinə məğlub olunca, özlərini bu hadisənin bir hissəsi kimi göstərirlər. ABŞ-ın hiyləgərlığına qarşı diqqətli olmalı və heç vaxt onlara etibar etməməlisiniz" deyə, söyləyib.
Görüşdə İbadi IKBY-nin reallaşdırdığı referendum mövzusuna toxunaraq, "IKBY-dəki qardaşlarımıza də söylədiyimiz kimi, bölünmənin ölkəmizi təhdid etməsinə əsla icazə verməyəcəyik. İraqın ərazi bütövlüyü və birliyini diqqətlə qoruyacağıq" deyə, bildirib.

Müxalifət.az