İrandan Fəratın şərqi açıqlaması!

Baxış sayı:
11668

 İranın Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Şamxani Tehranda keçirilən Beynəlxalq Qərb Asiya Təhlükəsizlik Konfransında ABŞ-ın Suriyadan çəkilmə planıyla bağlı qiymətləndirmə edib.
 
 Suriyada terror təşkilatı İŞİD-ın devrilməsində ABŞ-ın bir rolu olmadığını deyən Şamxani, "ABŞ-ın Suriya strategiyası çökmüşdür. İndi də Fəratın şərqində ziddiyyətli bir vəziyyətlə qarşı-qarşıyadır. Mövcud şərtlər ABŞ-ın Suriyadan çıxmasını zəruri edir. 2019-da ABŞ bölgədən çəkilməyə başlayacaq. ABŞ bu şəkildə Fars Körfəzindən də çıxmağa məcbur qalacaq" deyə iddia edib.
ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik müşaviri Con Bolton dünən İsraildə verdiyi açıqlamada, terror təşkilatı YPG/PKK-nı nəzərdə tutaraq, Amerikanın Suriyadan çəkilməsinin Türkiyənin "Kürd döyüşçülərin" təhlükəsizliyini təmin etməsi və İŞİD-I məğlub etməsi şərtinə bağlı olduğunu söyləmişdi.
Tramp da dünənki açıqlamasında "Heç bir zaman çox sürətli bir şəkildə çəkiləcəyimizi demədim" demişdi.
Müxalifət.az