İrandan Fransaya: Dərhal onu azadlığa buraxın!
İranın Fransada terror aktı ilə bağlılığı yönündə verilən açıqlamaları rədd edirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
“İranlı diplomatn saxlanılmasına etiraz edirik. Onun dərhal azadlığa buraxılmasını, ona qarşı yönələn ittihamların geri götürülməsini tələb edirik”, - deyə XİN sözçüsü bildirib.
Qeyd edək ki, Fransa hökuməti İranın Parisdə terakt hazırladığını əsas gətirərək, bu ölkə kəşfiyyatının aktivlərini dondurub. Hesablarına həbs qoyulan şəxslərdən biri də Əsədullah Əsədidir.
Bundan öncə isə Almaniyanın Bambert şəhərinin məhkəməsi Əsədullah Əsədinin Belçikaya ekstradisiyası ilə bağlı qərar qəbul edib. Buna səbəb Əsədinin İran Xalq Mücahidləri Təşkilatının görüşündə terakt törətmək istəməsi olub.